Yuri Vernidub: “Bu gün çox xoşbəxt insanam”

Yuri Vernidub: “Bu gün çox xoşbəxt insanam”

Misli Premyer Liqasının XXXII turunda "Neftçi" "Sabah"ı məğlub edib - 2:1.

Apasport.az xəbər verir ki, matçdan sonra "ağ-qaralar"ın baş məşqçisi Yuri Vernidubun mətbuat konfransı keçirilib.

"Düşünürəm ki, çox gözəl axşamdır. Maksimum tapşırığa çatdıq".

- Komandaya gələrkən "Neftçi" avrokuboklar zolağından uzaq idi. Bu işi üzərinizə götürərkən əmin idiniz ki, bu işin öhdəsindən gələcəksiniz?
- Mən Bakıya gələndə qarşıma elə bir məqsəd qoyulmuşdu ki, "Neftçi" avrokuboklarda çıxış edə bilsin. Bilirdim ki, 4-cü pillədən çox uzaqda idik. Amma bunu reallaşdırmaq mümkün idi. Gəldikdən 2 matç sonra yaxşı oldu ki, fasiləyə getdik və həmin fasilədən maksimum yararlanaraq oyunçularımı yaxından tanımaq şansım oldu. Sizə səmimi olaraq deyirəm ki, bu gün çox xoşbəxt insanam. 

- Motivasiya öz yerində,amma baş məşqçi komandada əsas nəyi dəyişdi ki, uğur qazanmağa başlanıldı?
- Birinci ondan başladım ki, hər bir futbolçu ilə fərdi söhbətlər etdim. Sonra biz nizam-intizamı yerinə oturtduq. Biz anlayırdıq ki, biz "Neftçi"yik və hər bir matçı 1 nömrə kimi oynamalıyıq. Ən azından biz "Qarabağ" və "Sabah" kimi görünməli idik. Buraya gələndə ən güclü komanda 2-si idi. Oyunçulara inandım və onlar da mənə inandılar. Klubun işçilərinə də təşəkkür edirəm. Onlar da əllərindən gələni etdilər. Xüsusi olaraq da, rəhbərliyə təşəkkür edirəm. Hər zaman bizim yanımızda oldular. Bu cür nəticələrin əldə edilməsində birlik önəmlidir. Bu bizim qələbəmizin təminatçısıdır. 

- Bu heyətlə avrokuboklarda uğur qazanmaq olar?
- Bəzi futbolçuların müqavilələri bitir,bəzilərində isə davam edir. Bunu mövsüm bitdikdən sonra ətraflı düşünəcəyik. Təbii ki, koamdaya yeni qan da lazımdır. İstəmərəm ki, avrokuboklarda 1 tur oynayıb və məğlub olaraq geri dönək. Bizim görəcəyimiz həddindən artıq çox işlərimiz var. Qarşıya qoyulan məqsədlərə çatmaqdan ötəri çox çalışmalıyıq.