Final və III yer uğrunda oyunun yeri müəyyənləşib
AFFA Region Liqasında 2025/2026-cı illər mövsümünün final və 3-cü yer uğrunda oyununun yeri və başlanma saatı müəyyənləşib.
QELEBE.AZ xəbər verir ki, yarışın həlledici matçları mayın 18-də Şamaxıda təşkil olunacaq.
İlk olaraq saat 11:00-da “Biləsuvar” və “Şəfəq” komandaları arasında III yer uğrunda qarşılaşma keçiriləcək.
Final oyunu isə saat 16:00-da “Zəngəzur”la “Marafon” kollektivləri arasında baş tutacaq. Hər iki qarşılaşma Şamaxı şəhər stadionunda reallaşacaq.

https://qelebe.az//uploads/photo/final-ve-iii-yer-ugrunda-oyunun-yeri-mueyyenleshib.webp