“Sabah” növbəti çempionluğunu qazana bilər

“Sabah” növbəti çempionluğunu qazana bilər

Bu gün Azərbaycan Basketbol Liqasının qalibi müəyyənləşə bilər.

QELEBE.AZ xəbər verir ki, final seriyasının üçüncü oyununda “Sabah” “Abşeron Lions”la qarşılaşacaq.

Görüş Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək.

“Sabah” qələbə qazanarsa, ölkə çempionu adına sahib çıxacaq. 

Qeyd edək ki, final seriyasında üç qələbəyə çatan kollektiv Azərbaycan Basketbol Liqasının qalibi olacaq. Aktivində 2 qalibiyyət olan "Sabah" üstündür.