"Bavariya" - PSJ matçını bu hakim idarə edəcək
UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Bavariya” – PSJ matçının hakimləri müəyyənləşib.
QELEBE.AZ xəbər verir ki, qarşılaşma Portuqaliyadan olan hakimlər briqadasına həvalə olunub.
Oyunun baş hakimi Joao Pineyro olacaq. Ona yan xətt hakimləri Bruno Xesus və Lusyano Maia kömək edəcəklər.
Dördüncü hakim funksiyasını isə Espen Eskas yerinə yetirəcək.
Qeyd edək ki, matç mayın 6-da, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

https://qelebe.az//uploads/photo/quotbavariyaquot-psj-matchini-bu-hakim-idare-edecek.webp