İsveçrə çempionatının qalibi bəlli oldu - KLUB TARİXİNDƏ İLK DƏFƏ
İsveçrənin “Tun” klubu tarixində ilk dəfə ölkə çempionu olub.
Apasport.az xəbər verir ki, Andres Gerberin rəhbərlik etdiyi komanda “Bazel”ə 1:3 hesabı ilə məğlub olsa da, ən yaxın izləyicisi “Sankt-Qallen”in “Syon”a böyük hesabla uduzması nəticəsində 128 illik tarixində ilk çempionluğunu rəsmiləşdirib.
Qeyd edək ki, “Tun” indiyədək çempionatda ən yaxşı nəticə kimi yalnız bir dəfə – 2005-ci ildə gümüş medal qazanmışdı.

https://qelebe.az//uploads/photo/isvechre-chempionatinin-qalibi-belli-oldu-klub-tarixinde-ilk-defe.webp