Rahid Əmirquliyev karyerasındakı ilk qırmızı vərəqə barədə: “Ədalətli qərar idi”

Rahid Əmirquliyev karyerasındakı ilk qırmızı vərəqə barədə: “Ədalətli qərar idi”

“Hakim məni ikinci sarı vərəqə ilə meydandan qovmaqla ədalətli qərar verdi”.

Bunu “QELEBE.AZ”a açıqlamasında “Səbail”in futbolçusu Rahid Əmirquliyev “Sabah”a 0:4 hesabı ilə məğlub olduqları Premyer Liqanın XXI tur görüşündə karyerası ərzində ölkə çempionatda aldığı ilk qırmızı vərəqə barədə danışarkən deyib.

Qarşılaşmanın 78-ci dəqiqəsində Emmanuel Apehə qarşı kobudluq edərək meydandan qovulan 34 yaşlı yarımmüdafiəçi baş hakim İnqilab Məmmədovun doğru qərar qəbul etdiyini bildirib: “Karyeram ərzində indiyə kimi Premyer Liqada qırmızı vərəqə almamışdım. Heç bir futbolçu meydandan qovulmaqla komandasını pis vəziyyətdə qoymaq istəməz. Ancaq bu da futbolun bir parçasıdır. İkinci sarı vərəqə epizodunda gərək sürüşmə fəndindən istifadə etməzdim. Komandanı pis durumda qoydum. Ani qərar verməli oldum, özümü idarə edə bilmədim. Sürüşmə fəndi zamanı rəqibin ayağına zərbə vursam da, bu kobudluğun birbaşa qırmızı vərəqəlik olduğunu düşünmürəm”.

“Səbail”in kapitanı “Sabah”a böyükhesablı məğlubiyyətin səbəbini erkən buraxılan qollarda görüb: “Sabah” hazırda çox yaxşı performans göstərən komandadır. Xüsusən də, mövsümün ikinci yarısına yüksək səviyyədə başlayıblar və çempionluğa iddia edirlər. Buna baxmayaraq, xal qazanmaq istəyirdik. Çünki çempionatda vəziyyətimiz yaxşı deyil. Oyuna isə çox pis başladıq, artıq 10-cu dəqiqədə hesab 2:0 idi. Uşaq səhvlərindən iki top buraxdıq. Erkən qollar matçın taleyini həll elədi. “Sabah” kimi rəqib önündə hesabda geri düşürsənsə, geridönüş eləmək qeyri-mümkündür. Doğrudur, ikinci hissədə fürsətlərimiz oldu. İstənilən halda, 0:3 hesabını çevirmək real deyildi. Yenə də bundan yaxşı oynaya bilərdik. Erkən qollar buraxmasaydıq, nəsə eləmək olardı. Nəticədə acı məğlubiyyət aldıq. Bundan nəticə çıxarıb, növbəti oyunlara hazırlaşmaq lazımdır”.

Qeyd edək ki, Azərbaycan çempionatları tarixində ən çox oyun keçirən futbolçu rekorduna sahib olan Rahid Əmirquliyevin aktivində 451 matç var. Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi 2012/2013 mövsümündə “Xəzər Lənkəran”da çıxış edərkən Avropa Liqasının II təsnifat mərhələsində “Lex”lə (Polşa - 0:1) səfər görüşünün 90+1-ci dəqiqəsində ikinci sarı vərəqə ilə meydandan qovulub.

Futbol
Futbolda növbəti erməni təxribatı: AFFA UEFA və FIGC-ə müraciət edəcək

Futbolda növbəti erməni təxribatı: AFFA UEFA və FIGC-ə müraciət edəcək

Futbol
"Mançester Yunayted" derbidə əzmkar qələbə qazanıb

"Mançester Yunayted" derbidə əzmkar qələbə qazanıb

Futbol
İki futbolçu Azərbaycan Premyer Liqasında 100-cü matçını keçirib

İki futbolçu Azərbaycan Premyer Liqasında 100-cü matçını keçirib

Futbol
XXI əsrin üçüncü onilliyinin bombardirləri açıqlanıb

XXI əsrin üçüncü onilliyinin bombardirləri açıqlanıb

Futbol
"Neftçi" "Turan Tovuz"la oyunda xal itirib

"Neftçi" "Turan Tovuz"la oyunda xal itirib

Futbol
Çempionlar Liqasında 1/8 final cütləri müəyyənləşib

Çempionlar Liqasında 1/8 final cütləri müəyyənləşib

Futbol
Rusiyalı baş məşqçi Azərbaycanı Ermənistandan üstün tutduğunu açıqlayıb

Rusiyalı baş məşqçi Azərbaycanı Ermənistandan üstün tutduğunu açıqlayıb

Futbol
Azərbaycanlı məşqçi “Dinamo-Avto”dan ayrılıb

Azərbaycanlı məşqçi “Dinamo-Avto”dan ayrılıb

Futbol
"Qarabağ" Premyer Liqada yeni nailiyyətə imza atıb

"Qarabağ" Premyer Liqada yeni nailiyyətə imza atıb

Futbol
"Zirə"nin legioneri milli komandaya dəvət alıb

"Zirə"nin legioneri milli komandaya dəvət alıb

Futbol
"Olimpiakos"un hücumçusu "Qarabağ"la oyunu buraxa bilər

"Olimpiakos"un hücumçusu "Qarabağ"la oyunu buraxa bilər

Futbol
Kadi: “Belə qarşılaşmaların taleyini fərqli detallar həll edir”

Kadi: “Belə qarşılaşmaların taleyini fərqli detallar həll edir”