AÇ: Babazadə üçün bürünc şansı - YENİLƏNİR
Tirana şəhərində keçirilən güləş üzrə Avropa çempionatı davam edir.
QELEBE.AZ xəbər verir ki, Azərbaycanın sərbəst güləşçisi Rəşid Babazadə (65 kq) belçikalı Ayub Musayev üzərində 4:2 hesablı qələbə qazanaraq bürünc medal uğrunda görüşə vəsiqə əldə edib.
O, burada Ermənistan təmsilçisi Vazgen Tevanyanla qarşılaşacaq.
İslam Bazarqanov (57 kq) finalda Musa Mextixanov (UWW) ilə qarşılaşacaq.
Digər təmsilçimiz Cəbrayıl Hacıyev (79 kq) bürünc medal uğrunda Şimali Makedoniyanı təmsil edən Rasul Şapiyev ilə üz-üzə gələcək.

https://qelebe.az//uploads/photo/ach-babazade-uchun-burunc-shansi-yenilenir.webp