Elçin Məmmədov UEFA-nın Klubların Lisenziyalaşdırma Komitəsinin iclasında iştirak edib
AFFA-nın baş katibinin müavini Elçin Məmmədov UEFA-nın Nyon şəhərindəki baş qərargahında Klubların Lisenziyalaşdırma Komitəsinin iclasında komitə üzvü qismində iştirak edib.
QELEBE.AZ xəbər verir ki, toplantıda UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı üzrə qaydalarda nəzərdə tutulmuş dəyişikliklər, həmçinin müasir futbolun aktual mövzularından olan çoxsaylı klub sahibliyi (multi-club ownership) məsələləri əsas müzakirə predmeti olub.
Səfər çərçivəsində E.Məmmədov həmçinin UEFA-nın müxtəlif departament rəhbərləri ilə işgüzar görüşlər keçirərək gələcək əməkdaşlıq perspektivlərini müzakirə edib.

https://qelebe.az//uploads/photo/elchin-memmedov-uefa-nin-klublarin-lisenziyalashdirma-komitesinin-iclasinda-ishtirak-edib.webp