Türkiyə Qran-prisi "Formula 1"ə qayıdır

Türkiyə Qran-prisi "Formula 1"ə qayıdır

Türkiyə Qran-prisi “Formula 1” üzrə dünya çempionatına qayıdır.

QELEBE.AZ xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Yarışın 2027-ci ildən etibarən keçirilməsi planlaşdırılır.

Beşillik müqavilə çərçivəsində təşkil olunacaq mərhələ “Formula 1” təqviminin daimi hissəsinə çevrilə bilər.

Xatırladaq ki, Türkiyədə ilk “Formula 1” yarışı 2005-ci ildə İstanbulda baş tutub.