Millidə yeni təyinat
Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi bəlli olub.
Apasport.az xəbər verir ki, həmin posta Georgios Donis gətirilib.
Bu barədə Səudiyyə Ərəbistanı Futbol Federasiyası məlumat yayıb.
56 yaşlı mütəxəssisin müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub.
Yunanıstanlı baş məşqçi bu postda Erve Renarı əvəzləyib.

https://qelebe.az//uploads/photo/millide-yeni-teyinat.webp