"Barselona"dan yeni antirekord: İLK İSPAN KLUBU OLDU

"Barselona"dan yeni antirekord: İLK İSPAN KLUBU OLDU

"Barselona" UEFA Çempionlar Liqasında antirekorda imza atıb.

QELEBE.AZ xəbər verir ki, bu, 1/4 final mərhələsinin "Atletiko" ilə cavab oyununa (2:1) təsadüf edib.

Kataloniyalılar ardıcıl 15 matçda qapılarını toxunulmaz saxlaya bilməyiblər.

Həmin göstərici İspaniya klubları üçün ən uğursuz seriya olub. "Barselona" 2025-ci ilin aprel ayından bəri Çempionlar Liqasının hər matçında ən azı bir qol buraxıb.

Komanda sonuncu dəfə "Borussiya" üzərində 4:0 hesablı qələbə qazandığı qarşılaşmada qapısını toxunulmaz saxlayıb.

Xatırladaq ki, Kataloniya təmsilçisi ümumi nəticədə 2:3 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.