Super Liqa: "Samsun" və "Rize"dən qələbə
Türkiyə Super Liqasında XXIX tura yekun vurulub.
QELEBE.AZ xəbər verir ki, son oyun günündə 2 qarşılaşma baş tutub.
Saat 21:00-da start götürən görüşlərin ilkində "Samsunspor" səfərdə "Eyüpspor"un qonağı olub.
Qara Dəniz təmsilçisi 2:1-lik qələbəyə sevinib.
İkinci matçda "Rizespor" doğma meydanda "Qaziantep"i eyni hesabla məğlub edib: 2:1.
Turnir cədvəlinə 68 xalla "Qalatasaray" liderlik edir. "Sarı-qırmızılar" ən yaxın izləyicilərindən "Fənərbaxça"nı 2, "Trabzonspor"u 4 xal qabaqlayır.

https://qelebe.az//uploads/photo/super-liqa-quotsamsunquot-ve-quotrizequotden-qelebe.webp