AFFA bu liqanı təxirə saldı - MİLLİYƏ GÖRƏ
AFFA-nın təşkil etdiyi Gənclər Liqasında II mərhələnin IV və V tur oyunları təxirə salınıb.
Apasport.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Buna Azərbaycanın U-20 millisinin aprelin 13-26-sı aralığında Qəbələdə təlim-məşq toplanışı keçirməsi səbəb olub.
Aprelin 18-19 və 25-26-da keçirilməsi planlaşdırılan matçlar qeyri-müəyyən müddətə ertələnib.

https://qelebe.az//uploads/photo/affa-bu-liqani-texire-saldi-milliye-gore.webp