Hakimləri təhqir etdi, AFFA bağışlamadı: Adil Şükürova böyük cəza
AFFA İntizam Komitəsi növbəti qərarlarını açıqlayaraq bəzi şəxs və klubları cəzalandırıb.
QELEBE.AZ xəbər verir ki, cəzalandırılanlar arasında Azərbaycan I Liqası təmsilçisi "Səbail"in baş məşqçisi Adil Şükürov da var.
AFFA Şükürovu 4 oyunluq cəzalandırıb.
Belə ki, I Liqada XX turun “Səbail” – “Baku Sportinq” oyununun 65-ci dəqiqəsində “Səbail” komandasının baş məşqçisi Adil Şükürov ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir edib. Baş məşqçiyə 4 oyunluq cəza verən qurum bu səbəbdən “Səbail”i də 3 min manat cərimə edib.
“Səbail”in cəzası bununla da bitməyib. “Baku Sportinq” oyununda “Səbail” komandasının azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə klub daha 1500 manat cərimə olunub.
İntizam Komitəsinin digər qərarları isə bunlardır:
3 aprel 2026-cı il tarixində I Liqada XX turun “Mingəçevir” – “Şəfa” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Mingəçevir” komandası 1500 manat cərimə edilsin (maddə 86.3);
3 aprel 2026-cı il tarixində I Liqada XX turun “Mingəçevir” – “Şəfa” oyununda “Şəfa” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Şəfa” komandası 210 manat cərimə edilsin (maddə 43.1);
4 aprel 2026-cı il tarixində Əvəzedicilər liqasında XXII turun “Neftçi-2” – “Kəpəz-2” oyununda “Kəpəz-2” komandasında 6 nəfər sarı vərəqə aldığı üçün “Kəpəz-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
4 aprel 2026-cı il tarixində Əvəzedicilər liqasında XXII turun “Sabah-2” – “Zirə-2” oyununda “Sabah-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Sabah-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
6 aprel 2026-cı il tarixində Əvəzedicilər liqasında XXII turun “Araz-Naxçıvan-2” – “Turan Tovuz-2” oyununda “Araz-Naxçıvan-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Araz-Naxçıvan-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
01.04.2026-cı il tarixində AFFA Yüksək Qızlar Liqasının “Şəfa FK-Liman UFK” oyununun 58-ci dəqiqəsində Şəfa FK komandasının 1 N-li oyunçusu Nərgiz Ağaliyeva təhqiredici ifadələrdən istifadəyə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 52.3)
01.04.2026-cı il tarixində AFFA Yüksək Qızlar Liqasının “Şəfa FK-Liman UFK” oyununun 58-ci dəqiqəsində Liman UFK komandasının 99 N-li oyunçusu Nahidə Məmmədova təhqiredici ifadələrdən istifadəyə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 52.3)
01.04.2026-cı il tarixində AFFA Yüksək Qızlar Liqasının “Şəfa FK-Liman UFK” oyununun 83-cü dəqiqəsində Liman UFK komandasının 11 N-li oyunçusu Aydan Əkbərova qeyri-idman hərəkətinə görə (düşüncəsiz şəkildə cərimə zərbəsi ilə nəticələnən qayda pozuntusu) ikinci sarı vərəqə (qırmızı vərəqə) alaraq meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 17.5)
04.04.2026-cı il tarixində AFFA U-16 Qızlar Liqasının “Sumqayıt” FK – “Ulduz” FA oyununun 60-cı dəqiqəsində Ulduz FA komandasının 9 N-li oyunçusu Zəhra Abdullayeva təhqiredici ifadələrdən istifadəyə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 52.3)
05.04.2026-cı il tarixində AFFA U-14 Qızlar Liqasının “Sumqayıt FK-Pirallahı FK” oyununun Pirallahı komandasının oyunçularının sayı yetərli olmadığına görə baş tutmadığı üçün Pirallahı komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 79.1)
04.04.2026-cı il tarixində AFFA U-14 Qızlar Liqasının “Kür” Samux – “Mingəçevir” oyunu, “Kür” Samux komandası oyuna təyin olunmuş vaxtda gəlmədiyi üçün baş tutmadığı üçün “Kür Samux” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 79.1)
02.04.2026-ci il tarixində keçiriləcək futzal üzrə Şuşa MFK – U-19 oyunu Şuşa MFK təyin olunan vaxtda meydana daxil olmadığına görə baş tutmadığı üçün Şuşa MFK komandasına 0:5 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 79.1)

https://qelebe.az//uploads/photo/hakimleri-tehqir-etdi-affa-bagishlamadi-adil-shukurova-boyuk-ceza.webp