“Vest Hem” kubokla vidalaşdı

“Vest Hem” kubokla vidalaşdı

İngiltərə FA Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

QELEBE.AZ xəbər verir ki, son matç Londonda baş tutub.

"Vest Hem" "Lids Yunayted"lə qarşılaşıb. İlk hissə qonaqların üstünlüyü ilə keçib.

İkinci yarıda "sarı-göylər" fərqi iki topa çatdırıb. Lakin oyunun sonu dramatik alınıb. "Çəkicdöyənlər" 90+3 və 90+6-cı dəqiqələrdə vurulan qollarla bərabərliyə nail olub.

Matçın əlavə vaxtında hesab dəyişməyib. Penaltilər seriyasında daha dəqiq olan "Lids" adını növbəti mərhələyə yazdırıb - 4:2.