"Sumqayıt" - "Neftçi" matçının biletləri satışda
Misli Premyer Liqasının XXVI turunun “Sumqayıt” - “Neftçi” oyunun biletləri satışa çıxarılıb.
QELEBE.AZ xəbər verir ki, 5 aprel, saat 18:00-da baş tutacaq matçın biletlərini iTicket.az, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzi, oyun günü saat 14:00-dan etibarən isə Mehdi Hüseynzadə adına stadionun kassasından əldə etmək mümkündür.
Qeyd edək ki, biletlərin qiyməti sektorlardan asılı olaraq 2, 3, 5 və 10 manatdır.

https://qelebe.az//uploads/photo/quotsumqayitquot-quotneftchiquot-matchinin-biletleri-satishda.webp