Xorvatiya Kolumbiyanı, Fransa Braziliyanı məğlub edib
Futbol üzrə milli komandalar arasında bir sıra yoldaşlıq görüşləri keçirilib.
Apasport.az xəbər verir ki, Braziliya millisi öz meydanında Fransa yığmasını qəbul edib.
Gərgin keçən qarşılaşmada qapılara ümumilikdə 3 qol vurulub. Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Kolumbiya millisi də doğma azarkeşləri önündə Xorvatiya yığmasına 1:2 hesabı ilə məğlub olub.

https://qelebe.az//uploads/photo/xorvatiya-kolumbiyani-fransa-braziliyani-meglub-edib.webp