Osimhen əməliyyat olunub

Osimhen əməliyyat olunub

"Qalatasaray"ın hücumçusu Viktor Osimhen əməliyyat olunub.

Apasport.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

Nigeriyalı futbolçunun əməliyyatı uğurlu keçib. Onun təxminən 6 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Xatırladaq ki, 27 yaşlı forvard UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində səfərdə "Liverpul"la matçda zədələnib. Ulduz futbolçunun qolu sınıb.

Qeyd edək ki, Viktor Osimhen bu mövsüm "Qalatasaray"ın heyətində meydana çıxdığı 29 rəsmi matçda 19 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.