Premyer Liqa: “Sabah” “Səbail”i böyük hesabla məğlub edib

Premyer Liqa: “Sabah” “Səbail”i böyük hesabla məğlub edib

Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulub.

“Report”un məlumatına görə, turun son matçında “Sabah” və “Səbail” komandaları üz-üzə gəliblər.

Ölkə kubokunun 1/4 final mərhələsində rəqibinə məğlub olaraq mübarizəni dayandıran “Sabah” bunun revanşını böyükhesablı qələbə ilə alıb. Murad Musayevin kollektivi matçın taleyini birinci hissədə həll edib. Coy Lens Mikels 4-cü dəqiqədə, Davit Volkov isə 10-cu və 31-ci dəqiqələrdə fərqlənib. Qarşılaşmanın 68-ci dəqiqəsində “Sabah”ın ispaniyalı müdafiəçisi Con İrasabal qırmızı vərəqə ilə cəzalandırılıb. 79-cu dəqiqədə isə qonaq komandanın kapitanı Rahid Əmirquliyev meydandan qovulub.

İkinci hissədə rəqib qapısına daha bir dəfə yol tapan “Sabah” meydanı 4:0 hesablı qalibiyyətlə tərk edib. Son nöqtəni 83-cü dəqiqədə Emmanuel Apeh qoyub.

Bu nəticə ilə turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Sabah” xallarının sayını 52-yə çatdırıb. Sonuncu yerdə gedən “Səbail”in isə aktivində 13 xal var.

Turun digər oyunlarında “Kəpəz” “Qarabağ”la (1:1), “Zirə” “Qəbələ” ilə (2:2) heç-heçə edib, “Neftçi” “Sumqayıt”ı öz meydanında (2:0), “Turan Tovuz” isə “Şamaxı”nı səfərdə (1:0) məğlub edib.

Qeyd edək ki, Premyer Liqada XXII turun oyunları fevralın 10-12-si aralığında keçiriləcək.

19:43

Azərbaycan Premyer Liqasının XXI turunda keçirilən “Sabah” - “Səbail” oyununda daha bir futbolçu meydandan qovulub.

“Report”un məlumatına görə, ikincilərin kapitanı Rahid Əmirquliyev qırmızı vərəqə ilə cəzalandırılıb.

Qarşılaşmanın 79-cu dəqiqəsində rəqibin oyunçusu Emmanuel Apehə qarşı kobudluq edən yarımmüdafiəçi ikinci sarı vərəqə ilə meydandan qovulub.

Qeyd edək ki, bundan əvvəl 68-ci dəqiqədə “Sabah”ın müdafiəçisi Con İrasabal qırmızı vərəqə alıb.

19:32

Azərbaycan Premyer Liqasının XXI turunda “Səbail”lə qarşılaşan “Sabah” meydanda azlıqda qalıb.

“Report”un məlumatına görə, müdafiəçi Con İrasabal qırmızı vərəqə alıb.

Onun 66-cı dəqiqədə rəqibin hücumçusu Qoba Zakpaya qarşı kobudluğunu sarı vərəqə kimi dəyərləndirən baş hakim İnqilab Məmmədov VAR-a baxdıqdan sonra qərarını dəyişərək, ispaniyalıya birbaşa qırmızı vərəqə göstərib. İrasabal XXII turda "Qarabağ"la keçiriləcək oyunu buraxacaq.

Qeyd edək ki, hazırda ikinci hissəsi gedən görüşdə “Sabah” 3:0 hesabı ilə öndədir.

16:55

Azərbaycan Premyer Liqasının XXI turunda üz-üzə gələcək “Sabah” və “Səbail”in start heyətləri açıqlanıb.

“Report”un məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

“Sabah”: 12. Yusif İmanov, 14. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 2. Amin Seydiyev, 15. Kristian da Silva, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 18. Davit Volkov, 19. Con İrasabal, 8. Aleksey Kaşuk

Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rustam Samigullin, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 29. Ceyhun Nuriyev, 21. İldar Alekperov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 13. Abdulaye Ba, 11. Kristian Sebalyos, 3. Zurab Oçiqava, 99. Emmanuel Apeh

Baş məşqçi: Murad Musayev

“Səbail”: 1. Emil Balayev, 14. Rahid Əmirquliyev (k), 2. Adil Nağıyev, 6. Cabir Əmirli, 17. Rafael Məhərrəmli, 8. Elmir Tağıyev, 11. Qoba Zakpa, 99. David Qomis, 30. Franko Mazurek, 5. Petro Stasyuk, 23. Qustavo de Fransa

Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 15. Vüqar Həsənov, 3. Turan Manafov, 55. Nihad Qurbanlı, 77. Ədilxan Qarəhmədov, 22. Samir Abdullayev, 20. Mirəli Əhmədov, 27. Emil Martinov

Baş məşqçi: Şahin Diniyev

Qeyd edək ki, qarşılaşma saat 18:00-da başlayacaq.

Futbol
UEFA Ukraynanın “Dnepr-1” klubunu avrokuboklardan kənarlaşdıra bilər

UEFA Ukraynanın “Dnepr-1” klubunu avrokuboklardan kənarlaşdıra bilər

Futbol
Tadevosyan: "Federasiya Ermənistanda futbolun inkişafından başqa, hər işlə məşğuldur"

Tadevosyan: "Federasiya Ermənistanda futbolun inkişafından başqa, hər işlə məşğuldur"

Futbol
"Səbail" - "Qarabağ" oyununun ikinci hissəsi elektrik enerjisi kəsildiyi üçün gec başlayıb

"Səbail" - "Qarabağ" oyununun ikinci hissəsi elektrik enerjisi kəsildiyi üçün gec başlayıb

Futbol
Fatih Terim: "Baş məşqçilik karyeramı bərpa edə bilərəm"

Fatih Terim: "Baş məşqçilik karyeramı bərpa edə bilərəm"

Futbol
Azərbaycan Premyer Liqası: Yay transfer dövründə 93 futbolçu alınıb - RƏSMİ

Azərbaycan Premyer Liqası: Yay transfer dövründə 93 futbolçu alınıb - RƏSMİ

Futbol
Eden Azar Belçika millisindəki karyerasını başa vurub

Eden Azar Belçika millisindəki karyerasını başa vurub

Futbol
"Qarabağ" qapıçısı ilə imzaladığı yeni müqavilənin detallarını açıqlayıb

"Qarabağ" qapıçısı ilə imzaladığı yeni müqavilənin detallarını açıqlayıb

Futbol
“Real” 16 yaşlı braziliyalı alır

“Real” 16 yaşlı braziliyalı alır

Futbol
Avropa Liqası: "Qarabağ" ən uzun "quru" seriyaya malik 3 komandadan biridir

Avropa Liqası: "Qarabağ" ən uzun "quru" seriyaya malik 3 komandadan biridir

Futbol
Rəşad Sadıqovdan "Qarabağ"la bağlı paylaşım: "Qələbəyə ehtiyacımız var idi"

Rəşad Sadıqovdan "Qarabağ"la bağlı paylaşım: "Qələbəyə ehtiyacımız var idi"

Futbol
Türkiyə Super Liqasının oyunundan sonra Balotelli ilə bağlı qalmaqal baş verib

Türkiyə Super Liqasının oyunundan sonra Balotelli ilə bağlı qalmaqal baş verib

Futbol
Şenol Günəş “Beşiktaş”ın baş məşqçisi təyin olunub

Şenol Günəş “Beşiktaş”ın baş məşqçisi təyin olunub