“Napoli” ulduz futbolçusunu komandada saxlamağı planlaşdırır
"Napoli" ulduz futbolçusu Skott MakTomineyə yeni müqavilə təklif etməyi planlaşdırır.
QELEBE.AZ xəbər verir ki, Neapol təmsilçisi şotlandiyalı yarımmüdafiəçinin sözləşməsinin müddətini 2030-cu ilin yayınadək uzatmaq istəyir.
Bu barədə yerli mətbuat məlumat yayıb.
İddialara görə, MakTominey yeni təklifi qəbul etsə, komandanın ən yüksəködənişli oyunçusu olacaq.
Qeyd edək ki, 2024-cü ildən “Napoli”də çıxış edən Skott MakTominey ötən mövsüm A Seriyası çempionluğu yaşayıb və turnirin ən dəyərli futbolçusu seçilib. 29 yaşlı yarımmüdafiəçi bu mövsüm İtaliya çempionatında 6 qol vurub.

https://qelebe.az//uploads/photo/napoli-ulduz-futbolchusunu-komandada-saxlamagi-planlashdirir.webp