“Bavariya”da ciddi itkilər
"Bavariya"nın heyətində ciddi itkilər yaşanıb.
Apasport.az xəbər verir ki, komandanın 4 futbolçusu zədələnib.
Yonas Urbiq, Alfonso Deyvis və Camal Musiala sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Onlar UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin "Atalanta" ilə matçında xəsarət alıblar.
Klubun tibbi heyətinin oyunçuların müalicə prosesinə başlayacağı bildirilib.
Qeyd edək ki, görüş münhenlilərin qələbəsi ilə nəticələnib - 6:1.

https://qelebe.az//uploads/photo/bavariyada-ciddi-itkiler.webp