Yeniyetmə boksçularımız Şamaxıda hazırlığa başlayıb
Boks üzrə yeniyetmələrdən ibarət Azərbaycan millisi təlim-məşq toplanışına start verib.
Apasport.az xəbər verir ki, yığma hazırlığa Şamaxıda başlayıb.
Məşqçilər korpusu toplanışa U-17 Azərbaycan çempionatında özlərini yaxşı tərəfdən göstərənləri cəlb edib. Məşqlərdə əsas diqqət ümumi fiziki hazırlığa yönələcək.
Qeyd edək ki, hazırlıq martın 20-də yekunlaşacaq.

https://qelebe.az//uploads/photo/yeniyetme-bokschularimiz-shamaxida-hazirliga-bashlayib.webp