“Neftçi”nin matçına ciddi maraq: 3000 bilet satılıb
“Neftçi” Premyer Liqanın XXIII turunda “Turan Tovuz”u qəbul edəcək.
QELEBE.AZ xəbər verir ki, martın 9-da, “Palms Sports Arena”da keçiriləcək görüş üçün bilet satışı davam edir.
Paytaxt klubunun mətbuat xidmətinin yaydığı məlumata görə, oyuna artıq 3000 bilet satılıb.
Qeyd edək ki, “Neftçi” – “Turan Tovuz” oyunu saat 20:30-da start götürəcək.

https://qelebe.az//uploads/photo/neftchinin-matchina-ciddi-maraq-3000-bilet-satilib.webp