Yüksək Liqanın XVI turunda iki oyun keçirilib
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVI tura start verilib.
QELEBE.AZ xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma baş tutub.
"Ordu" "Neftçi"yə 2:3 (25:19, 21:25, 18:25, 25:22, 10:15) hesabı ilə məğlub olub.
"Xilasedici" komandası isə "Gənclər"i üstələyib - 3:0 (25:11, 25:15, 25:11).
Hər iki qarşılaşma Fövqəladə Hallar Nazirliyinin idman zalında keçirilib.
Qeyd edək ki, tura martın 5-də yekun vurulacaq.

https://qelebe.az//uploads/photo/yuksek-liqanin-xvi-turunda-iki-oyun-kechirilib.webp