AFFA nümayəndələri UEFA-nın seminarında
Albaniyanın paytaxtı Tiranada UEFA-nın üzv assosiasiya nümayəndələrinin iştirakı ilə “UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı” mövzusunda regional seminar keçirilib.
QELEBE.AZ xəbər verir ki, seminarda AFFA-nın Lisenziya və Qeydiyyat departamentinin əməkdaşları - departamentin rəisi Seymur Səlimli, Lisenziya şöbəsinin baş mütəxəssisi Aynur Abdullayeva və aparıcı mütəxəssisi Nərmin Sidaliyeva iştirak ediblər.
Seminar zamanı UEFA-nın çoxklublu mülkiyyət tələbləri və onların tətbiqi, Avropa Futbol mühiti, yerli maliyyə monitorinqi, hüquqi qrup strukturu və hesabat perimetri və UEFA həmrəylik mexanizmi və klub lisenziyalaşdırılması kimi mövzular müzakirə olunub.

https://qelebe.az//uploads/photo/affa-numayendeleri-uefa-nin-seminarinda.webp