"Fənərbaxça"ya bir" zərbə" də Edersondan
Türkiyə Super Liqasının XXIII turunun son matçında "Fənərbaxça" doğma meydanda "Kasımpaşa" ilə 1:1 bərabərliyə qalaraq çempionluq yolunda vacib 2 xal itirib.
Apasport.az xəbər verir ki, "sarı-lacivərdlilər"ə bir "zərbə" də Edersondan gəlib.
Belə ki, matçdan sonra keçirilən mətbuat konfransında komandanın baş məşqçisi Domeniko Tedesko Edersonun zədələndiyini və 3 həftə yaşıl meydanlardan uzaq qalacağını açıqlayıb.
Gənc mütəxəssis "Nottingem Forest"lə avrokubok oyununda qapıda Tarık Çetinin dayanacağını bildirib.

https://qelebe.az//uploads/photo/quotfenerbaxchaquotya-birquot-zerbequot-de-edersondan.webp