Xoni Montiel: “Əgər ikinci hissədəki kimi çıxış etsək…”
“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində səfərdə “Nyukasl”la qarşılaşacaq.
QELEBE.AZ xəbər verir ki, Ağdam təmsilçisinin futbolçusu Xoni Montiel oyunöncəsi keçirilən mətbuat konfransında bir sıra açıqlamalar verib:
"Bu yarışın səviyyəsi hər kəsə bəllidir. Cava oyunu haqqında fikirləşməliyik. Əgər ikinci hissədəki kimi çıxış etsək, daha yaxşı nəticə əldə edə bilərik".
Qeyd edək ki, "Qarabağ" - "Nyukasl" görüşü fevralın 25-də, saat 00:00-da start götürəcək.

https://qelebe.az//uploads/photo/xoni-montiel-eger-ikinci-hissedeki-kimi-chixish-etsek.webp