“Sabah” finala vəsiqə qazandı
Basketbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib.
Apasport.az xəbər verir ki, yarımfinalda "Ordu" klubu ilə qarşılaşan "Sabah" 83:66 hesabı ilə qalib gələrək həlledici mərhələyə yüksəlib.
Yarımfinalın ikinci matçı isə "Gəncə" və "Şəki" arasında keçiriləcək. Görüş bu gün, saat 21:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan Kubokunun final qarşılaşması fevralın 22-də keçiriləcək.

https://qelebe.az//uploads/photo/sabah-finala-vesiqe-qazandi.webp