Azərbaycanın boks milliləri bu ilin ilk təlim-məşq toplanışına start veriblər
Boks üzrə gənc oğlan və qızlardan ibarət Azərbaycan milliləri bu ilin ilk təlim-məşq toplanışına start veriblər.
QELEBE.AZ xəbər verir ki, hər iki komanda hazırlığı Bakıda keçir.
Məşqçilər korpusu toplanışa U-19 Azərbaycan çempionatında özlərini yaxşı tərəfdən göstərənləri cəlb edib.
Bakı Boks Mərkəzində keçirilən məşqlərdə əsas diqqət ümumi fiziki hazırlığa yönəlib. Toplanış martın 1-də yekunlaşacaq.

https://qelebe.az//uploads/photo/azerbaycanin-boks-millileri-bu-ilin-ilk-telim-meshq-toplanishina-start-veribler.webp