Rəşad Sadıqov üçün TARİXİ QƏLƏBƏ
"Zirə" baş məşqçisi Rəşad Sadıqovun rəhbərliyi dövründə 100-cü qələbəsini əldə edib.
QELEBE.AZ xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
Bu tarixi nailiyyət Misli Premyer Liqasının XX turunda keçirilən "Karvan-Yevlax"la qarşılaşmaya təsadüf edib.
Doğma meydanda baş tutan görüşdə 1:0 hesabı ilə qalib gələn "qartallar" mütəxəssisin rəhbərliyi altında çıxdığı 220-ci sınaqda yubiley qələbəsinə sevinib.
Bu qələbələrdən 82-si Premyer Liqa, 14-ü Azərbaycan Kuboku, 4-ü isə avrokubok matçlarında qeydə alınıb.

https://qelebe.az//uploads/photo/reshad-sadiqov-uchun-tarixi-qelebe.webp