A Seriyası: “İnter” - “Yuventus” duelində 5 qol
İtaliya A Seriyasında XXV turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, günün ilk matçında “Komo” öz meydanında “Fiorentina”nı qəbul edib.
Gərgin keçən görüşdə sevinən tərəf qonaqlar olub. Qarşılaşma “Fiorentina”nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Lider “İnter” isə “Yuventus”u qəbul edib. Beş qolun vurulduğu matçda “qoca sinyora” rəqibinə 2:3 hesabı ilə uduzub.
Turun digər oyununda “Atalanta” səfərdə “Latsio”nu 2:0 hesabı ilə məğlub edib.

https://qelebe.az//uploads/photo/a-seriyasi-inter-yuventus-duelinde-5-qol.webp