Millimiz hazırlıqlara start verdi
Azərbaycanın gənc oğlanlardan ibarət cüdo millisi Şamaxıda təlim-məşq toplanışına başlayıb.
QELEBE.AZ xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
Hazırlıq prosesinə yığmanın baş məşqçisi Rüstəm Alimli və məşqçi Elxan Rəcəbli rəhbərlik edir.
Təlim-məşq toplanışı gənc cüdoçuların qarşıdakı beynəlxalq yarışlara hazırlıq xarakteri daşıyır.

https://qelebe.az//uploads/photo/millimiz-hazirliqlara-start-verdi.webp