XIII turun növbəti matçı keçirilib
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIII turun növbəti matçı keçirilib.
QELEBE.AZ xəbər verir ki, "Murov Az Terminal"la qarşılaşan UNEC kollektivi 3:1 hesablı qələbə qazanıb.
Görüş UNEC-in idman zalında baş tutub.
Ötən gün "Milli Aviasiya Akademiyası" "Azərreyl"i 3:1, "DH Volley" isə "Turan"ı 3:2 hesabı ilə üstələyib.
Qeyd edək ki, XIII tura fevralın 17-də yekun vurulacaq.

https://qelebe.az//uploads/photo/xiii-turun-novbeti-matchi-kechirilib.webp