Sterlinqin yeni klubu BƏLLİ OLUB
İngiltərə millisinin sabiq üzvü Rahim Sterlinqin yeni klubu bəlli olub.
QELEBE.AZ xəbər verir ki, "Feyenoord" 31 yaşlı oyunçunu heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İngiltərəli vingerlə cari mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Rahim Sterlinq ötən ay "Çelsi" ilə müqaviləsinə xitam verib. O, karyerası ərzində "Liverpul", "Mançester Siti" və "Arsenal" kimi klubların şərəfini qoruyub.

https://qelebe.az//uploads/photo/sterlinqin-yeni-klubu-belli-olub.webp