I Liqa: Lider xal itkisi ilə üzləşib

I Liqa: Lider xal itkisi ilə üzləşib

Bu gün futbol üzrə Azərbaycan I Liqasında ikinci dövrəyə start verilib.

QELEBE.AZ xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub.

Lider “Şəfa” öz meydanında ən yaxın izləyicisi olan “Baku Sporting”lə üz-üzə gəlib. Gərgin keçən oyunda qalib müəyyənləşməyib – 1:1.

Turun növbəti oyunu Zaqatalada keçirilib. Şəhərin eyniadlı komandası “Səbail”i qəbul edib. Görüş qonaqların minimalhesablı qələbəsi ilə yekunlaşıb - 1:0.

“Cəbrayıl” isə MOİK-lə qarşılaşmada 2:2 hesablı heç-heçəyə razı olub.

Qeyd edək ki, XIII tura sabah yekun vurulacaq.