Azərbaycan millisi Özbəkistanı məğlub etdi
Özbəkistanda təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi ilk yoxlama oyununda qələbə qazanıb.
QELEBE.AZ xəbər verir ki, komanda Daşkənddə Özbəkistanın müvafiq yaş qrupundan ibarət yığmasını 3:2 hesabı ilə məğlub edib.
U-19-un heyətində qolları Ayşən Salamzadə (11, 89) və Mədinə Curuqova (30) vurublar.
Qeyd edək ki, komandalar arasında ikinci yoxlama oyunu fevralın 7-də keçiriləcək.

https://qelebe.az//uploads/photo/azerbaycan-millisi-ozbekistani-meglub-etdi.webp