"Fənərbaxça"nın Kante transferi baş tutmadı: "ƏL-İTTİHAD" SƏBƏBİNDƏN
"Fənərbaxça"nın Nqolo Kante transferi baş tutmayıb.
QELEBE.AZ xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Buna səbəb "Əl-İttihad"ın məsuliyyətsizliyi olub. Belə ki, Səudiyyə Ərəbistanı təmsilçisi sənədləri yanlış yükləyib və yenidən cəhd edərkən transfer pəncərəsi bağlanıb.
"Fənərbaxça" hadisə ilə bağlı FIFA-ya müraciət edərək qurumdan əlavə müddət tələb edib.
FIFA-nın bu tələbə nə cavab verəcəyi hələ ki, bəlli deyil.
Qeyd edək ki, klublar Yussuf En-Nesiri ilə Nqolo Kanteni dəyişdirəcəkdilər.

https://qelebe.az//uploads/photo/quotfenerbaxchaquotnin-kante-transferi-bash-tutmadi-quotel-ittihadquot-sebebinden.webp