Şahmatçımız Niderlandda keçirilən beynəlxalq turnirdə üçüncü olub

Şahmatçımız Niderlandda keçirilən beynəlxalq turnirdə üçüncü olub

Niderlandda keçirilən “Tata Steel Challengers” beynəlxalq şahmat turniri sona çatıb. 

QELEBE.AZ xəbər verir ki, ölkəmizi ənənəvi yarışda Aydın Süleymanlı təmsil edib.

13 turda 9 xal toplayan şahmatçı yekunda yarışı üçüncü pillədə başa vurub.