Yüksək Liqa: XI turun daha bir matçı keçiriləcək
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XI turun daha bir matçı keçiriləcək.
Apasport.az xəbər verir ki, "Abşeron" bu gün UNEC-lə qarşılaşacaq.
Oyun saat 17:00-da Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunacaq.
Qeyd edək ki, XI tura sabah yekun vurulacaq.

https://qelebe.az//uploads/photo/yuksek-liqa-xi-turun-daha-bir-matchi-kechirilecek.webp