"Qəbələ"nin sabiq qapıçısı I Liqa klubunda
"Qəbələ" klubunun sabiq qapıçısı Əmrah Məmmədli I Liqada çıxış edəcək.
QELEBE.AZ xəbər verir ki, "Mingəçevir" 24 yaşlı qolkiperlə anlaşdığını açıqlayıb.
Onunla mövsümün sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, Əmrah Məmmədli karyerası ərzində "Şimal", "Cəbrayıl", "Araz-Saatlı" və MOİK klublarının formasını geyinib.

https://qelebe.az//uploads/photo/quotqebelequotnin-sabiq-qapichisi-i-liqa-klubunda.webp