"Sumqayıt" və "Araz-Naxçıvan"ın sabiq futbolçusu I Liqa klubuna keçib
"Sumqayıt" və "Araz-Naçxıvan"ın sabiq futbolçusu Qabil Əlizadə Azərbaycanın I Liqa təmsilçisi "Mingəçevir"ə keçib.
Apasport.az xəbər verir ki, yarımmüdafiəçi ilə cari mövsümün sonuna qədər razılıq əldə olunub.
Qabil Əlizadə karyerası ərzində "Karvan-Yevlax", "Sumqayıt" və "Araz-Naxçıvan" kimi klubların formasını geyinib.
Qeyd edək ki, "Mingəçevir" hazırda turnir cədvəlində 21 xalla 4-cü pillədə qərarlaşıb.

https://qelebe.az//uploads/photo/quotsumqayitquot-ve-quotaraz-naxchivanquotin-sabiq-futbolchusu-i-liqa-klubuna-kechib.webp