Millimiz Danimarka yığması ilə qarşılaşacaq

Millimiz Danimarka yığması ilə qarşılaşacaq

Futzal üzrə Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək.

Apasport.az xəbər verir ki, komanda Bakı İdman Sarayında Danimarka seçməsi ilə üz-üzə gələcək.

Qarşılaşma saat 19:00-da start götürəcək.

Qeyd edək ki, yığmalar yanvarın 24-də eyni arenada yenidən üz-üzə gələcəklər.