Azər Bağırov: “Komandam yaxşı təsir bağışladı"
"Kəpəz" bu gün "Karvan-Yevlax"la yoxlama oyununda üz-üzə gəlib.
QELEBE.AZ xəbər verir ki, qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb - 0:0.
Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra klubun mətbuat xidmətinə açıqlama verib:
"Oyun yaxşı keçdi. Bu matçda da gənc futbolçulara və yeni transferlərimizə şans verdik. Yaxşı təsir bağışladılar. Bununla da təlim-məşq toplanışını başa vurduq. 1 günlük istirahətdən sonra "Qababağ"la oyunun hazırlıqlarına başlayacağıq. Mövsümün qalan hissəsində daha yaxşı çıxış edib, xallar qazanmağa çalışacağıq".

https://qelebe.az//uploads/photo/azer-bagirov-komandam-yaxshi-tesir-bagishladiquot.webp