"Sumqayıt" Xorvatiya klubuna məğlub oldu
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçən "Sumqayıt" üçüncü yoxlama görüşündə də uduzub.
QELEBE.AZ xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi bu dəfə Xorvatiyanın "Osiyek" kollektivinə məğlub olub - 0:2.
Saşa İliçin baş məşqçisi olduğu kollektiv daha əvvəl Macarıstanın "Pakş" və Serbiyanın OFK (Berlqrad) komandaları ilə bacarmamışdı- 1:5, 1:4.

https://qelebe.az//uploads/photo/quotsumqayitquot-xorvatiya-klubuna-meglub-oldu.webp