Azərbaycan klubu yarışlardan kənarlaşdırılıb

Azərbaycan klubu yarışlardan kənarlaşdırılıb

AFFA "İstiqlal" klubunu Region Liqasından kənarlaşdırıb.

QELEBE.AZ xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Ötən il dekabrın 28-də keçirilməli olan "İstiqlal" – "Sabirabad" oyunu meydan sahiblərinin təyin edilən vaxtda stadionda olmaması səbəbindən baş tutmayıb.

Nəticədə "İstiqlal" klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.

Eyni hal ardıcıl üçüncü dəfə təkrarlandığı üçün komandanın yarışdan kənarlaşdırılmasına qərar verilib.

Ötən il dekabrın 29-da AFFA Region Liqasında keçirilməli olan "Xocalı" - "Gəncə" görüşünün təkrar oynanılmasına qərar verilib. Buna səbəb hər iki komandanın oyun formasının eyni olduğuna görə matçın baş tutmamasıdır.