A Seriyası: “Cenoa” “Milan” səfərindən bir xalla qayıdır
İtaliya A Seriyasında XIX tura yekun vurulub.
QELEBE.AZ xəbər verir ki, turun son günündə iki qarşılaşma baş tutub.
“Kremoneze” öz meydanında “Kalyari” ilə üz-üzə gəlib. Gərgin keçən matçda azarkeşlər 4 qolun şahidi olublar. Oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
“Milan” da bu tur xal itkisi ilə üzləşib. “Rossonyerilər” evdə “Cenoa” ilə 1:1 hesablı heç-heçəyə razı olublar.

https://qelebe.az//uploads/photo/a-seriyasi-cenoa-milan-seferinden-bir-xalla-qayidir.webp