Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə
Afrika Millətlər Kubokunda 1/8 final mərhələsinin oyunları davam edir.
QELEBE.AZ xəbər verir ki, günün ilk matçında Misir millisi Benin yığması ilə qarşılaşıb.
Dörd qolun vurulduğu görüşdə qalib tərəf birincilər olub. Oyun Misirin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Digər matçda isə Nigeriya millisi Mozambiki 4 cavabsız qolla məğlub edərək 1/4 final mərhələsinə vəsiqə qazanıb - 4:0.

https://qelebe.az//uploads/photo/afrika-milletler-kuboku-nigeriya-ve-misir-novbeti-merhelede.webp