“Səbail”in qış hazırlıq planı bəlli olub

“Səbail”in qış hazırlıq planı bəlli olub

Futbol üzrə Azərbaycan I Liqasında çıxış edən "Səbail"in qış hazırlıq planı bəlli olub.

QELEBE.AZ xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Adil Şükürovun rəhbərlik etdiyi komanda təlim-məşq toplanışını "ASCO Arena"da keçirəcək.

Hazırlıq mərhələsi çərçivəsində "Səbail" 3 yoxlama oyunu keçirməyi planlaşdırır.

Rəqiblərin kimliyi barəsində daha sonra məlumat veriləcək.