Türkiyə derbisi: Azarkeşlər zaldan çıxarıldı
Türkiyə Basketbol Super Liqasının XIV turunda “Beşiktaş” doğma meydanında “Fənərbaxça Beko” ilə qarşılaşıb.
QELEBE.AZ xəbər verir ki, “sarı-lacivərdlilər” oyunda 101:87 hesabı ilə qələbə qazanıblar.
Bu nəticə ilə İstanbul təmsilçisi “qara qartallar”ın 13 oyunluq qələbə seriyasına son qoyub. Eyni zamanda “Beşiktaş” mövsümdə ilk məğlubiyyətini yaşayıb.
Qarşılaşmanın 4-cü periodunda “Fənərbaxça” 93:77 hesabı ilə öndə olarkən, təhqiramiz şüarlar səbəbilə oyuna ara verilib və hakimlər soyunub-geyinmə otağına yollanıblar.
Zal boşaldıldıqdan sonra qarşılaşma yenidən davam etdirilib.

https://qelebe.az//uploads/photo/turkiye-derbisi-azarkeshler-zaldan-chixarildi.webp