“Qəbələ” qış toplanışında üç yoxlama oyunu keçirəcək
“Qəbələ”nin qış təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama görüşlərində qarşılaşacağı rəqiblər müəyyənləşib.
QELEBE.AZ xəbər verir ki, komanda yanvarın 10-da evdə “Kəpəz”lə üz-üzə gələcək.
Üç gün sonra isə hazırlıq prosesinin ikinci mərhələsi üçün Bakıya yollanacaq.
“Qəbələ” paytaxtda daha iki yoxlama oyunu keçirəcək. Yanvarın 14-də “Araz-Naxçıvan”la qarşılaşacaq “qırmızı-qaralar”, ayın 18-də isə “Baku Sporting”lə matçda qüvvəsini sınayacaq.
Oyunların başlama saatı və keçiriləcəyi məkan barədə əlavə məlumat daha sonra açıqlanacaq.

https://qelebe.az//uploads/photo/qebele-qish-toplanishinda-uch-yoxlama-oyunu-kechirecek.webp